Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Region
  • 20 noyabr, 2026
  • 16:02
Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib.

Onun sözlərinə görə, bu, "Ukraine Facility" proqramı çərçivəsində ayrılmış ən böyük birdəfəlik tranşdır: "Vəsait artıq dövlət büdcəsinə daxil olub. Onlar genişmiqyaslı müharibə şəraitində maliyyə dayanıqlığının qorunması və dövlətin prioritet ehtiyaclarının təmin edilməsi üçün zəruri dəstəkdir".

S.Koretskinin sözlərinə görə, bu vəsait də nəzərə alınmaqla Ukrayna bu il qeyd olunan proqram çərçivəsində artıq 13,57 milyard avro alıb.

Baş nazir xatırladıb ki, maliyyələşmə Ukraynanın 20-dən çox şərti yerinə yetirməsi sayəsində mümkün olub.

44 filmi