Nazir müavini: COP29-da Azərbaycan şəffaflığın önəminin artırılması istiqamətində fəal çalışıb

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 10:27
Nazir müavini: COP29-da Azərbaycan şəffaflığın önəminin artırılması istiqamətində fəal çalışıb

COP29-da Azərbaycan şəffaflığın siyasi səviyyədə əhəmiyyətinin artırılması istiqamətində fəal çalışmışdı və bu dinamikaı qorunmalıdır.

"Report"un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin "Enerji Keçidi, İqlim Maliyyələşməsi və Sənaye Karbonsuzlaşdırılması" mövzusuna həsr olunmuş günün açılış nitqində deyib.

Nazir müavini bildirib ki, COP29-da Azərbaycan tərəfləri ilk İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə təşviq etmişdi.

"Biz həmçinin inkişaf etməkdə olan ölkələrə Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsinə dəstək məqsədi ilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasını təsis etdik. İndi bu dinamikanı qoruyub saxlamaq lazımdır. Fürsət ikən tərəfləri ikinci İkiillik Şəffaflıq Hesabatlarını vaxtında hazırlamağa və təqdim etməyə çağırıram".

Y.Rəfiyev qeyd edib ki, COP31 bu mənada geniş siyasi məsuliyyət daşıyır:

"Antalya dünən əldə edilmişləri yenidən müzakirə etdiyimiz bir məkan olmamalıdır. COP31 bu müzakirələrin nəticələrinin həyata keçirilməsinə yol açmalıdır. Bunun üçün isə etimad lazımdır".

O, çıxışının yekununda iştirakçılara çağırış edib.

"Gəlin Bakı İqlim Fəaliyyəti Həftəsindən fərqləri azaltmaq, tərəfdaşlıqlar qurmaq və uğurlu COP31 üçün siyasi şəraitin formalaşmasına töhfə vermək məqsədi ilə istifadə edək. Azərbaycan çoxtərəfliliyi müdafiə edərək, körpülər quraraq bütün tərəflərə Antalyada ambisiyalı, balanslaşdırılmış və həqiqətən icraya yönəlmiş nəticənin əldə olunmasında dəstək göstərərək fəal tərəfdaş olaraq qalacaq".

44 filmi