Nazir müavini: "Bolqarıstan QDİƏT-də Azərbaycanın gördüyü işləri davam etdirəcək"

Xarici siyasət
  • 14 dekabr, 2018
  • 10:57
Nazir müavini: Bolqarıstan QDİƏT-də Azərbaycanın gördüyü işləri davam etdirəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ "Azərbaycanın Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) sədrliyi səmərəli olub".

“Report” xəbər verir ki, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında Bolqarıstan xarici işlər nazirinin müavini Emiliya Kraleva bildirib.

“Azərbaycanın sədrliyinin prioriteti olan qarşılıqlı əlaqələr başlıca məsələlərdəndir. Biz Azərbaycanın QDİƏT çərçivəsində gördüyü işləri davam etdirəcəyik”, – nazir müavini deyib. 

O, təşkilatın bundan sonra da Avropa İttifaqı məcrasında fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

“Mühüm sahələr üzrə işçi qruplar çərçivəsində işləyəcəyik. Başlıca şüarımız “Bir ümman imkanlar” olacaq”, – Bolqarıstan rəsmisi qeyd edib.

Xatırladaq ki, QDİƏT-də sədrlik 2019-cu ilin yanvar ayından Bolqarıstana keçir.

44 filmi