Nazir: Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır

Xarici siyasət
  • 02 may, 2018
  • 17:54
Nazir: Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır.

"Report" xəbər verir ki, bu barədə İsrailin müstəqilliyinə həsr edilmiş təntənəli ziyafətdə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bildirib.

"Bizim münasibətlərimiz xüsusi strateji xarakter daşıyır. Münasibətlər müxtəlif istiqamətlərdə, xüsusən energetika, mədəniyyət və tibb sahələrində inkişaf edir. Mayda nəzərdə tutulmuş hökumətlərarası komissiya qarşımızda yeni ikitərəfli əməkdaşlıq imkanları yaradır və əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırır. Biz həmçinin Azərbaycanda antisemitizmin olmamasından qürur keçiririk", - deyə nazir bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan və yəhudi xalqları arasında əlaqələr dərin köklərə malikdir.

Tədbirdə giriş nitqi ilə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav da həmçinin iki ölkənin əlaqələrinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, strateji partnyorluğun davam etməsi vacibliyini qeyd edib.