Nasir Al-Darmaki: Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə təcrübə bölüşmək imkanı verməlidir
- 28 oktyabr, 2026
- 16:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə öz təcrübələrini bölüşmək və mədəni irsin şərhində iştirak etmək imkanı verməlidir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Muzeylər Şurasının vitse-prezidenti və şuranın BƏƏ-dəki sədri Nasir Al-Darmaki Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib.
Nasir Al-Darmakinin sözlərinə görə, muzey məkanlarında mədəniyyətlərarası dialoq mövcud tarixi narrativlərin açıq müzakirəsindən və ziyarətçilərə suallar vermək imkanının yaradılmasından başlamalıdır.
O vurğulayıb ki, nəinki mədəni müxtəlifliyi nümayiş etdirmək, həm də insanları irs haqqında təsəvvürlərin formalaşması prosesinə cəlb etmək vacibdir.
"Hər bir mədəniyyətdə tarixin yalnız bir təfsiri ola bilməz. Buna görə də mədəni irsin təfsiri çoxsaylı səslər və baxış bucaqları üçün açıq qalmalıdır", - Nasir Al-Darmaki qeyd edib.
Onun sözlərinə görə, uğurlu mədəniyyətlərarası qarşılıqlı əlaqənin əsas göstəricisi muzey ekspozisiyalarında sadəcə müxtəlifliyin təqdim edilməsi deyil, qarşılıqlı anlaşma və qarşılıqlı tanınma üçün şərait yaratmaq bacarığıdır.