Müzəffər Komilov: Özbəkistan İslam sivilizasiyası irsini qoruyub saxlamağa və təbliğ etməyə çalışır

Xarici siyasət
  • 25 avqust, 2026
  • 09:57
Müzəffər Komilov: Özbəkistan İslam sivilizasiyası irsini qoruyub saxlamağa və təbliğ etməyə çalışır

Özbəkistan müasir dünya üçün mühüm əhəmiyyət kəsb edən İslam sivilizasiyasının zəngin tarixi və mədəni irsinə malikdir.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidentinin dövlət müşaviri Müzəffər Komilovun "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq media forumunun iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, İslam sivilizasiyası elm, təhsil, mədəniyyət və ictimai fikrin inkişafına mühüm töhfə verib.

"İslam sivilizasiyası təkcə tarix və din deyil. O, həm də bilik, elm, təhsil, mədəniyyət və cəmiyyətin inkişafıdır", - M.Komilov qeyd edib.

O, tarixi və elmi irsin qorunub saxlanılmasının, eləcə də onun beynəlxalq ictimaiyyətə təqdim olunmasının vacibliyini vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, Özbəkistan İslam sivilizasiyasının inkişafına mühüm töhfə vermiş görkəmli alim və mütəfəkkirlərin vətənidir.

M.Komilov, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu irsin öyrənilməsi və təbliğindəki təşəbbüslərinin rolunu vurğulayıb.

"Biz bu irsi qorumalı və gələcək nəsillərə ötürməliyik", - o bildirib.