Mövlud Çavuşoğlu: "Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib"

Xarici siyasət
  • 28 iyul, 2016
  • 09:19
Mövlud Çavuşoğlu: Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib

Bakı. 28 iyul. REPORT.AZ/ "Azərbaycan Fətullahçı terror təşkilatı (FETÖ) tərəfdarları ilə mübarizəyə böyük töhfə verib".

"Report" xəbər verir ki, bu sözləri türkiyəli jurnalistlərə açıqlamasında qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatı ilə mübarizədə Azərbaycanın dəstəyi Türkiyəyə qardaş olan digər ölkələr üçün nümunə olmalıdır.

Türkiyə XİN-də Fətullahçı terror təşkilatının tərəfdarları ilə mübarizədən danışan M.Çavuşoğlu qeyd edib ki, iki səfir artıq, tutduğu postdan azad edilib.