Kiril Qaburiçi: Vaşinqton bəyannaməsi həm də itkin düşmüş 4 min şəxsin taleyinə aydınlıq gətirəcək

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 10:47
Kiril Qaburiçi: Vaşinqton bəyannaməsi həm də itkin düşmüş 4 min şəxsin taleyinə aydınlıq gətirəcək

Vaşinqton bəyannaməsi həm də itkin düşmüş 4 min şəxsin taleyinə aydınlıq gətirəcək.

"Report" xəbər verir ki, bunu Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.

O bildirib ki, itkin düşmüş şəxslərin taleyi təcrid olunmuş məsələlər sırasında deyil:

"Vaşinqtonda imzalanan məlum bəyannamə illər boyu davam edən münaqişəyə son qoydu. Həmin sənəd əsasında tərəflər öz üzərlərinə humanitar öhdəlik götürüb. Bu, itkin düşmüş 4 mindən çox şəxsin taleyinə aydınlıq gətiriləcəyinə böyük ümid verir. Burada söhbət tək siyasətdən yox, həm də sızlayan yaraların sağalmasından gedir".

Son xəbərlər

Bütün Xəbər Lenti