Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib
- 02 noyabr, 2026
- 17:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, oktyabr ayı ərzində nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, İnsan resursları idarəsi, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti və Tibb baş idarəsinin rəhbərliyi tərəfindən Xaçmaz, Şəki, Şirvan, Gəncə, Şəmkir, Bərdə, Lənkəran, Göyçay, İmişli və Sumqayıt regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 55 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.