Mladen İvaniç: Çoxtərəfli dəstək olmadan mənzil təminatı məsələsini həll etmək qeyri-mümkündür

Xarici siyasət
  • 21 may, 2026
  • 14:22
Mladen İvaniç: Çoxtərəfli dəstək olmadan mənzil təminatı məsələsini həll etmək qeyri-mümkündür

Çoxtərəfli dəstək olmadan mənzil təminatını həyata keçirmək mümkün deyil.

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın keçmiş prezidenti Mladen İvaniç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, burada əsas rol yenə də çoxtərəfli institutların roludur:

"Düşünürəm ki, məsələ yalnız BMT qətnamələri ilə məhdudlaşmır. Qeyri-hökumət təşkilatlarının da burada çox böyük rolu var. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankının iqtisadiyyatın bərpasında mühüm rolu var. Mən hesab edirəm ki, Dünya Bankı və digər çoxtərəfli maliyyə institutları iqtisadi sabitliyin təmin edilməsində həlledici rol oynaya bilər".