Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

Digər ölkələr
  • 23 oktyabr, 2026
  • 04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qara dənizdə təhlükəsizlik məsələləri və Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunması istiqamətində davam edən səylər barədə fikir mübadiləsi aparıblar.

Həmçinin dekabrda keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunub.

44 filmi