Mişustin: Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Xarici siyasət
  • 05 mart, 2024
  • 14:36
Mişustin: Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Rusiya Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində bildirib.

“Biz dost Azərbaycanla dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində səmimi olaraq maraqlıyıq”, - o deyib.

Mişustinin sözlərinə görə, bunun etibarlı əsası Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamədir.

O, ölkələrin humanitar sahədə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığını ayrıca qeyd edib. “Rusiyada 7 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - Mişustin bildirib.

Rusiya hökumətinin başçısı qarşılıqlı sərmayənin səviyyəsinin artırılmasını da Moskva və Bakının vəzifələrindən biri adlandırıb.

44 - Tezliklə