Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 08:57
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb

Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqlarının aşkarlanması ilə bağlı araşdırma aparır.

"Report"un RMF24-ə istinadən məlumatına görə, bu barədə ölkənin hərbi polisi xəbər verib.

"Hərbi polis Qdansk Prokurorluğunun rəhbərliyi altında çimərlikdə naməlum uçuş aparatının qalıqları ilə bağlı araşdırma aparır. İstintaq davam etdikcə sizi məlumatlandıracağıq", - açıqlamada deyilir.

Radiostansiyanın məlumatına görə, qalıqları yoldan keçən şəxs aşkarlayıb və polisə müraciət edib. Sonra minaaxtaranlar, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmaya cəlb olunublar.

İlkin məlumata görə, aşkarlanan aparat Polşa Silahlı Qüvvələrinə məxsus ola bilər.

44 - Tezliklə