Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşların səbəbinin ölkənin immiqrasiya siyasəti olduğunu bildirib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Fransada baş verənlər immiqrasiya ilə bağlıdır. Nə məktəblərlə, nə də başqa bir məsələ ilə. Söhbət immiqrasiyadan gedir", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin daha əvvəl Fransa Prezidenti Emmanuel Makrona ölkənin sərhədlərini bağlamağı tövsiyə etdiyini bildirib.

"Mən Prezident Makrona demişdim: "Sərhədlərinizi bağlayın". Bunu ona hələ ilk görüşümüz zamanı söyləmişdim", – deyə o qeyd edib.