Miroslav Layçak: Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmayanlar cəzalandırılmalıdır
- 14 mart, 2025
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmayanlar cəzalandırılmalıdır.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 72-ci Sessiyasının sədri Miroslav Layçak XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə doğru" panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya İkinci Dünya müharibəsindən sonra dəyişib:
"Hazırda dünya müharibələrlə, o cümlədən kibermüharibələrlə üzləşib. Dünyada sülhün bərqərar olması üçün yeni, çoxsəviyyəli yanaşmalar lazımdır. Biz də fəaliyyətimizi informasiya müharibələrinə, kibermüharibələrə son qoymaq istiqamətində qurmalıyıq. Sülh davamlı və beynəlxalq ədalətə əsaslanmalıdr".
M.Layçak bildirib ki, Ukraynaya dəstək zəruridir:
"Avropa İttifaqı sülh prosesinin iştirakçısı olmalıdır. Hətta regional təşkilatlar da sülhün bərqərar olmasına cəlb edilə bilər".
Siyasətçi beynəlxalq təşkilatları tənqid etmək əvəzinə, onları dəyişdirməyin vacib olduğunu söyləyib:
"Çünki bu təşkilatları biz yaratmışıq. Ümumiyyətlə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanışılmalıdır və bunu etməyənlər cəzalandırılmalıdır. Əks halda dünya hər gün yeni müharibəyə oyanacaq".