Mergen Kepbanov: "Zəngəzur dəhlizi birliyin rəmzi və QHT-lər üçün yeni perspektivlərdir"

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 13:12
Mergen Kepbanov: Zəngəzur dəhlizi birliyin rəmzi və QHT-lər üçün yeni perspektivlərdir

Türkmənistanın qeyri-hökumət təşkilatları (QHT) Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilə daha sıx əməkdaşlığa hazırdır.

"Report" xəbər verir ki, bunu CAREC-in Türkmənistandakı layihə ofisinin direktoru Mergen Kepbanov TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkmənistanın vətəndaş cəmiyyəti türk dünyasının qeyri-hökumət təşkilatları ilə çoxşaxəli qarşılıqlı əlaqələrə açıqdır.

"Biz təcrübə mübadiləsi aparmağa, birgə layihələr həyata keçirməyə, təhsil və mədəni təşəbbüslərdə iştirak etməyə hazırıq. Türkmənistanda QHT-lər Prezident Sərdar Berdiməhəmmədovun hərtərəfli dəstəyi ilə dövlətin strateji kursu çərçivəsində inkişaf etdirilir", - direktor qeyd edib.

M.Kepbanov həmçinin Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətini vurğulayaraq, onu türk dünyasının ortaq gələcəyi naminə birliyin simvolu adlandırıb.

"Zəngəzur dəhlizi layihəsi nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkan yaratmaqla yanaşı, həm də qeyri-hökumət sektorunun gücləndirilməsi ilə bağlı perspektivlər açır", - o bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti