İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir

İsraildə müxalifət blokuna daxil olan partiyalar baş nazirin birbaşa seçilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış etməyi nəzərdən keçirirlər.

"Report" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, təklif hökumət başçısı vəzifəsinə namizəd üçün ayrı səsverməni nəzərdə tutur, bu da oktyabrın 27-si keçirilmiş parlament seçkilərindən sonra yaranmış siyasi dalandan çıxış yollarından biri ola bilər.

Seçkilərin nəticələrinə görə, nə Baş nazir Benyamin Netanyahunun bloku, nə də onun opponentləri Knessetdə səs çoxluğu əldə edə bilməyiblər.

Təklif olunan sistemə əsasən, baş nazirin birbaşa seçkilərində qalib gələn namizəd nəzəri cəhətdən parlamentdə səs çoxluğu əldə etmədən azlıq hökumətini qura biləcək.

Qeyd olunub ki, Netanyahunun özü 2021-ci ilin martında keçirilən seçkilərdən sonra hakim koalisiyanı qura bilmədiyi zaman analoji təşəbbüslə çıxış etmişdi.

Hazırda İsrailin konstitusion xarakter daşıyan statusa malik "Hökumət haqqında" əsas qanunu nəzərdə tutur ki, yeni hökumət işə başlamazdan əvvəl 120 deputatdan ibarət Knessetin etimad votumunu almalıdır. Birbaşa seçkilərin tətbiqi üçün qanuna düzəlişlər etmək tələb olunacaq, bu düzəlişləri də ən azı 61 deputat dəstəkləməlidir.

Xatırladaq ki, İsraildəki parlament seçkilərinin nəticələrinə görə Baş nazir Benyamin Netanyahunun "Likud" partiyası Knessetdəki 120 yerdən 27-ni, Qadi Ayzenkotun başçılıq etdiyi müxalif "Yaşar" partiyası isə 21 mandat əldə edib. Netanyahu bloku 53 yerə, müxalif qüvvələr isə 48 yerə sahibdir, daha 19 mandatı isə ərəb partiyaları alıb. Hökuməti qurmaq üçün ən azı 61 deputatın dəstəyini almaq lazımdır.

Namizədə, müddəti daha iki həftə uzatmaq imkanı ilə, 28 gün vaxt veriləcək. Əgər o, koalisiya qura bilməsə, prezident mandatı başqa bir deputata verə biləcək, hansı ki ona uzatma hüququ olmadan 14 gün ayrılacaq.

44 filmi