​Məmnun Hüseyn: "Azərbaycan Pakistanın ən yaxın dostudur"

Xarici siyasət
  • 29 may, 2015
  • 11:00
​Məmnun Hüseyn: Azərbaycan Pakistanın ən yaxın dostudur

Bakı. 29 may. REPORT.AZ/ Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistanın ən yaxın dostlarından biri olduğunu söyləyib.

"Report" Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Məmnun Hüseyn Pakistanın müstəqilliyi uğrunda mübarizə aparmış veteranlarla prezident sarayında görüşü zamanı bildirib.

Azərbaycandan başqa, Pakistan dövlət başçısı ölkəsinin ən yaxın dostları sırasında Çin, Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib.