Maymuna Möhd Şərif Bakı İqlim və Urbanizasiya Koalisiyasının yaradılmasını dəstəkləyib
- 19 may, 2026
- 17:13
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Möhd Şərif şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yaradılmasını yüksək qiymətləndirib.
"Report"un məlumatına görə, o, bunu WUF13 çərçivəsində Bakı Koalisiyasının iclasında bəyan edib.
"Şadam ki, burada Bakı Davamlılıq Koalisiyasını yaratdıq. Bu o deməkdir ki, biz bütün COP-ların nəticələrini götürərək onları koalisiyaya çevirir, şəhər iqlim fəaliyyəti və dayanıqlı inkişaf standartları çərçivəsində işi davam etdiririk", - o qeyd edib.
Şərifin sözlərinə görə, əsas məsələ siyasi bəyannamələrdən praktik tədbirlərə keçid, həmçinin şəhərlərin inkişafına insan mərkəzli və inteqrasiya olunmuş yanaşmanın zəruriliyidir.
"Şəhər sistemləri çox mürəkkəbdir. Biz bilirik ki, gələcək urbanizasiya olunub. Bunu istəsək də, istəməsək də, dünya əhalisinin 70 %-i şəhərlərdə yaşayacaq", - o əlavə edib.