Mallavi: Layiqli mənzil olmadan nə təhsil, nə də iqtisadi müstəqillik mümkündür

Xarici siyasət
  • 19 may, 2026
  • 14:57
Mallavi: Layiqli mənzil olmadan nə təhsil, nə də iqtisadi müstəqillik mümkündür

Hər bir insan mənzil əldə etmək hüququna malikdir.

"Report" xəbər verir ki, bu barədə "Alwaleed Philanthropies"in qlobal təşəbbüslər üzrə icraçı direktoru Rim Mallavi Bakıda WUF13 çərçivəsində "UN-Habitat" və "Alwaleed Philanthropies" arasında əlilliyi olan şəxslər üçün inklüziv mənzillərin təşviqi üzrə tərəfdaşlıq sazişinin imzalanmasına həsr olunmuş tədbirdə bildirib.

Rim Mallavi vurğulayıb ki, Səudiyyə Ərəbistanının "Alwaleed Philanthropies" fondu inkişaf, təhsil və sosial dəstək sahələrində uzunmüddətli proqramlar həyata keçirərək 190 ölkədə fəaliyyət göstərir və milyonlarla benefisiarı əhatə edir.

Mallavinin sözlərinə görə, təşkilat əsas diqqəti birdəfəlik yardıma deyil, davamlı həllərə və həyata keçirilən layihələrin uzunmüddətli təsirinə yönəldir.

"İlk növbədə insanı onun ləyaqətini qoruyan təhlükəsiz yerlə təmin etmək lazımdır. Bu, sabitliyə və nəticə etibarilə təhlükəsizliyə gətirib çıxarır. İnsan sabitlik və təhlükəsizlik şəraitində olduqda təhsil ala, iş axtara və iqtisadi müstəqilliyə nail ola bilər", - Mallavi bildirib.

44 filmi