Mer: Azərbaycanın təşəbbüsü ilə QHT-lərin mövqelərinin konsolidasiyası davamlı inkişaf yolunda mühüm addımdır

Xarici siyasət
  • 28 aprel, 2025
  • 10:44
Mer: Azərbaycanın təşəbbüsü ilə QHT-lərin mövqelərinin konsolidasiyası davamlı inkişaf yolunda mühüm addımdır

Qeyri-hökumət təşkilatlarının, xüsusən də Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan tərəfinin mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir, ümumi rifah və dayanıqlı inkişaf yolunda zəruri addımdır.

“Report” xəbər verir ki, bunu Kuala-Lumpur (Malayziya) meri Maimuna Mohd Şərif Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal arenada, o cümlədən Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dəfələrlə liderliyini nümayiş etdirib.

“Qlobal Cənubda 90-dan çox ölkədən olan iştirakçıların iştirakı vətəndaş cəmiyyətinin birlikdə işləməyə, gələcəyi planlaşdırmağa və formalaşdırmağa dərin sadiqliyini nümayiş etdirir. Mən Azərbaycana Bakıda bu heyrətamiz platformaya ev sahibliyi etdiyinə və dünya miqyasında liderliyinə görə təşəkkür edirəm.

Qoşulmama Hərəkatının sədri kimi 2019-2023-cü illərdə Azərbaycan çoxtərəfli və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb. Bu isə müasir geosiyasi qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir”, - o qeyd edib.

Kuala-Lumpurun meri vurğulayıb ki, Azərbaycanın liderliyi COP29 zamanı özünü büruzə verib və ölkə Qlobal Cənub QHT şəbəkəsinin işə salınmasına kömək etməklə inklüzivliyə sadiqliyini bir daha nümayiş etdirib: "137 ölkədən 1023-dən çox vətəndaş cəmiyyəti təşkilatını birləşdirən bu təşəbbüs Qlobal Cənubun kollektiv şəkildə fəaliyyət göstərə biləcəyi vahid platformaya ehtiyacı əks etdirir".

44 filmi