Macarıstanın xarici işlər və xarici ticarət naziri Azərbaycana gələcək

Xarici siyasət
  • 23 iyun, 2016
  • 11:29
Macarıstanın xarici işlər və xarici ticarət naziri Azərbaycana gələcək

Bakı. 23 iyun. REPORT.AZ/ Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto gələn həftə Azərbaycana səfərə gələcək.

Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir iyunun 28-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının işində iştirak edəcək.

Nazirlə birgə Bakıya macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti də gələcək.

Xatırladaq ki, Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.