Səfir: "Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı və investordur"

Xarici siyasət
  • 12 fevral, 2016
  • 07:11
Səfir: Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı və investordur

Bakı. 12 fevral. REPORT.AZ/ "Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı və investordur".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard deyib.

Səfir Aİ-nin Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu qeyd edib: "Regionların, kənd təsərrüfatının inkişafı və ədliyyə sahəsinin islahatları prioritet sahələrdir".

Xanım Mard Aİ-nin bu sahələr üçün 75-80 milyon avro ayırdığını qeyd edib.

44 filmi