Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib

Xarici siyasət
  • 30 iyul, 2020
  • 05:53
Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib

Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan məlumat verilib. 

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının  təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

44 filmi