Laos Prezidenti: Ölkəmizlə yaxşı münasibətləri davam etdirdiyinə görə İlham Əliyevə minnətdaram

Xarici siyasət
  • 13 oktyabr, 2026
  • 11:39
Laos Prezidenti: Ölkəmizlə yaxşı münasibətləri davam etdirdiyinə görə İlham Əliyevə minnətdaram

Laos Prezidenti İlham Əliyevə Azərbaycan və ölkəsi arasında yaxşı münasibətləri davam etdirdiyinə görə minnətdarlıq edib.

"Report"un məlumatına görə, bunu Prezident Thonqlun Sisulit Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

"Bu gün mən Prezident Heydər Əliyevin oğlu Zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim. Heydər Əliyev ölkələrimiz arasında xoş münasibətlərin əsasını qoyub. Bu ənənələrin Azərbaycanın hazırkı Prezidenti tərəfindən davam etdirilməsi əlaqələrimizin möhkəmlənməsindən xəbər verir", - Laos Prezidenti bildirib.