Laos Prezidenti: Azərbaycanla bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə ümid edirik

Xarici siyasət
  • 13 oktyabr, 2026
  • 11:42
Laos Prezidenti: Azərbaycanla bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə ümid edirik

Laos Azərbaycanla bir çox sahədə əməkdaşlığın genişləndirilməsinə ümid edir.

"Report"un məlumatına görə, bu barədə Laos Xalq Demokratik Respublikasının prezidenti Thonqlun Sisulit Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

Dövlət başçısı rəsmi səfərin əldə olunmuş razılaşmaların praktik icrasına təkan verəcəyinə əmin olduğunu qeyd edib.

"Səmimi qəlbdən əminəm ki, bu rəsmi səfərin yekunlarına əsasən, ölkələrimizin müvafiq qurumları əldə olunmuş razılaşmaların ətraflı müzakirəsini davam etdirəcək və danışıqların nəticələrinin həyata keçirilməsinə başlayacaqlar", - Thonqlun Sisulit bildirib.

44 - Tezliklə