Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
- 18 noyabr, 2026
- 19:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazir bu barədə səfərin yekunları ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə mühüm ikitərəfli görüşlər keçirilib.
Kvrivişvili qeyd edib ki, müzakirələrdə ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi əsas diqqət mərkəzində olub.
Nazir Azərbaycanla bu istiqamətlərdə fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, səfərin iki ölkə arasında müsbət ticarət-iqtisadi münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanır.