Kürşat Zorlu: Zəngəzur dəhlizi açıldıqdan sonra bölgə sabitlik və güvənin mühüm mərkəzinə çevriləcək

Xarici siyasət
  • 12 sentyabr, 2025
  • 18:04
Kürşat Zorlu: Zəngəzur dəhlizi açıldıqdan sonra bölgə sabitlik və güvənin mühüm mərkəzinə çevriləcək

Naxçıvan həm Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu çərçivədə Azərbaycan–Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünyada nadir hallarda rast gəlinən dostluq, qardaşlıq və güclü müttəfiqlik üzərində qurulub:

"Biz "bir millət, iki dövlət" şüarı ilə hərəkət edən bütöv birliyik. Naxçıvan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. 2009-cu ildə imzalanmış müqavilə də məhz burada gerçəkləşmişdir. İndi isə yeni bir mərhələyə qədəm qoyuruq. Belə ki, Türkiyə–Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycan–Ermənistan arasında həyata keçiriləcək layihələr çərçivəsində Naxçıvanı Azərbaycana birləşdirəcək dəhliz açılacaq. Bu reallaşdığı təqdirdə Naxçıvan təkcə iki ölkə üçün deyil, bütün Türk dünyası üçün ən önəmli logistik mərkəzlərdən birinə çevriləcək. Biz də bu hədəf və inamla AKP olaraq Naxçıvana gəlmişik və bu, Türk dünyasına verdiyimiz dəyərin bir parçasıdır".

Kürşat Zorlunun sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra böyük iqtisadi imkanlardan bütün Qafqaz ölkələri faydalanacaq, bölgə isə sülhün, sabitliyin və güvənin mühüm mərkəzinə çevriləcək.

"Azərbaycanla birlikdə bölgədə sülhü, sabitliyi və inkişafı təmin edəcəyik", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti