Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
- 13 oktyabr, 2026
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyi (ROİL) Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
O, ROİL-də təmirdən sonra bir sıra işlərin görüldüyünü xatırlarıb:
"Bu lisey uzun müddətdir ki, faəliyyət göstərir. Təmirdə federasiyalar da iştirak etdilər. Növbəti mərhələdə bura ilə bağlı bəzi planlarımız var. Lisey idmanın inkişafı üçün vacib təhsil ocağıdır. Güləş, cüdo, boks idman növlərindən olan idmançılar burada yetişiblər. Onların arasıda olimpiya və dünya çempionları var. Burada 450 şagird təhsil alır. Onlar ölkəmizin müxtəlif bölgələrindədirlər. İnanıram ki, olimpiya, dünya çempionlarının sayı artacaq".
Qeyd edək ki, liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.
Xatırladaq ki, 1963-cü ildən fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində dünya və olimpiya çempionları yetişib. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olublar.