Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub

Xarici siyasət
  • 12 noyabr, 2026
  • 19:24
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub

Türk Dövlətləri Təşkilatının (TDT) keçmiş Baş katibi, səfir Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun (TİF) prezidenti vəzifəsinə təyin olunub.

"Report" xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

"TDT Katibliyi səfir Kubanıçbek Ömüralıyevi yeni təyinatı münasibətilə səmimi-qəlbdən təbrik edir və üzərinə götürdüyü bu yeni məsuliyyətli vəzifədə ona uğurlar arzulayır", - məlumatda bildirilib.

Qeyd edək ki, K.Ömüralıyev 2022-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək TDT-nin Baş katibi vəzifəsində çalışıb.