Baş katib: TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik

Xarici siyasət
  • 03 oktyabr, 2025
  • 15:32
Baş katib: TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın sədrliyinin iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə edib.

"Report"un məlumatına görə, bu barədə Baş katibin Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü və təşkilatın əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümü münasibətilə müraciətində bildirilib.

K.Ömüralıyev vurğulayıb ki, ötən 16 il ərzində TDT əməkdaşlıq üçün kompleks platformaya çevrilib: "Biz əminik ki, Azərbaycan bu işi davam etdirəcək və qarşıdakı dövrdə əməkdaşlığımızı daha da gücləndirəcək".

O qeyd edib ki, TDT böyük yol qət etməklə yanaşı, iştirakçı ölkələrin əməkdaşlıq sahələrini genişləndirib: "Bir neçə prioritet istiqamətlə başlayan əməkdaşlıq tədricən genişlənib və indi təxminən 40 müxtəlif qarşılıqlı əlaqə sahəsini əhatə edir. Hər il əməkdaşlıq sahəmiz daha geniş və dərin olur".

Baş katib, həmçinin təşkilatın yaranması tarixi münasibətilə TDT-nin xalqlarını və hökumətlərini, eləcə də müşahidəçi dövlətləri təbrik edib.

O bildirib ki, əməkdaşlıq və birliyin güclənəcəyinə ümidvardır: "Bu xüsusi günü qeyd edərkən biz gələcəyə inamla baxırıq. Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada siyasi dialoqu möhkəmləndirməyə, iqtisadi əlaqələri dərinləşdirməyə və mədəni mübadilələri inkişaf etdirməyə davam edir".

Qeyd edək ki, TDT-nin növbəti sammiti oktyabrın 7-də Qəbələdə keçiriləcək və sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti