Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur”

Xarici siyasət
  • 02 may, 2023
  • 12:22
Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanatların alternativi yoxdur”

“Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mayın 2-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür: “Əlbəttə, gərginliyin azaldılmasına töhfə verəcək istənilən addım alqışlanmalıdır, amma üçtərəfli sazişin alternativi yoxdur”.