Kos: TRIPP layihəsi region üçün əsl irəliləyiş ola bilər
- 14 fevral, 2026
- 18:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa görür ki, TRIPP layihəsi, xüsusilə də Türkiyə ilə dialoq nəzərə alınmaqla, region üçün əsl irəliləyiş ola bilər.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında bildirib.
Onun sözlərinə görə, TRIPP-in yalnız bir hissəsini həyata keçirməyin mənası yoxdur - daha genişmiqyaslı yanaşma tələb olunur. O qeyd edib ki, Avropa beynəlxalq maliyyə institutları ilə birgə Azərbaycanla Naxçıvana dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını müzakirə edir ki, bu da Aİ üçün xüsusi maraq kəsb edir.
"İndi isə biz görürük ki, TRIPP layihəsinin Naxçıvan istiqaməti ilə birləşdirilməsi region üçün əsl sıçrayış ola bilər, xüsusilə Türkiyə ilə dialoq kontekstində", - o əlavə edib.