Kipr Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Xarici siyasət
  • 11 noyabr, 2024
  • 18:46
Kipr Respublikasının Prezidenti Azərbaycanda səfərdədir

Kipr Respublikasının Prezidenti Nikos Kristodulides noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.