Keniyanın Baş naziri: Ceyhun Bayramovun səfəri uzunmüddətli dostluğun dərinləşdirilməsinin təsdiqidir

Xarici siyasət
  • 03 iyun, 2025
  • 15:58
Keniyanın Baş naziri: Ceyhun Bayramovun səfəri uzunmüddətli dostluğun dərinləşdirilməsinin təsdiqidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya səfəri iki ölkənin uzunmüddətli dostluq əlaqələrinin dərinləşdirilməsinə sadiqliyini göstərir.

"Report" Keniya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri və XİN rəhbəri Musaliya Mudavadi Azərbaycan XİN başçısı ilə Nayrobidə keçirilən danışıqların yekununda bildirib.

O qeyd edib ki, tərəflər Keniya və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş məhsuldar danışıqlar aparıblar: "Biz qarşılıqlı maraq doğuran gündəlikdəki mühüm məsələlərə toxunduq. Bu səfər ölkələrimiz arasında uzunmüddətli dostluğun dərinləşdirilməsinə sadiqliyimizi göstərir".

44 filmi