Keçmiş səfir: "Bakıda keçirilən toplantı Əfqanıstandakı münaqişənin həlli baxımından çox faydalı olacaq"

Xarici siyasət
  • 28 iyun, 2018
  • 05:50
Keçmiş səfir: Bakıda keçirilən toplantı Əfqanıstandakı münaqişənin həlli baxımından çox faydalı olacaq
Əfqanıstanın Pakistandakı keçmiş səfiri Əbdülsələm Zəif
Report

Bakı. 28 iyun. REPORT.AZ/ "Bu gün Bakıda keçirilən toplantının Əfqanıstandakı münaqişənin həlli baxımından çox faydalı olacağını düşünürəm".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edən "Taliban" rəhbərliyi dövründə Əfqanıstanın Pakistandakı keçmiş səfiri Əbdülsələm Zəif deyib.

O bildirib ki, bugünkü toplantıda bir çox məsələlər, eləcə də "Taliban" qruplaşması ilə və Əfqanıstan hökuməti arasında sülh danışıqlarının növbəti mərhələsi müzakirə ediləcək: "Eyni zamanda Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlarla bağlı fikir mübadiləsi aparılacaq".

Ə.Zəif Bakıya ilk dəfə gəldiyini, Əfqanıstanın yaxşı gələcəyinin olacağına inandığını söyləyib.