Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur
- 12 oktyabr, 2026
- 12:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur.
"Report" xəbər verir ki, bu fikri Kambocanın Baş naziri Hun Manet Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
Baş nazir çoxtərəfli səviyyədə həmçinin beynəlxalq platformalarda münasibətləri gücləndirməyi razılaşdıqlarını da bildirib.
"Çoxtərəfli səviyyədə biz ümumi məqsədlərimizə sadiqliyimizi təsdiqlədik. Kamboca və Azərbaycan beynəlxalq platformalar çərçivəsində, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ilə münasibətlər kontekstində qarşılıqlı fəaliyyət təcrübəsinə malikdir. Bu gün dünyadakı vəziyyət getdikcə daha da mürəkkəbləşir, regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət isə xüsusilə beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir. Bu şəraitdə Kamboca və Azərbaycanın əməkdaşlığı möhkəmləndirmək istəyi çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcək", - o əlavə edib.