İtaliya səfirliyinin 45 nəfərlik heyəti Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Xarici siyasət
  • 05 mart, 2026
  • 18:35
İtaliya səfirliyinin 45 nəfərlik heyəti Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İtaliyanın İrandakı səfirliyinin 45 nəfərlik heyəti Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilir.

Bu barədə "Report"un Cənub bürosu xəbər verir.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Bundan başqa, 8 Tacikistan, 4 Çin, 1 Vatikan vətəndaşının da təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1300-ü keçib.