İsrailli siyasətçi: Yaxın Şərqdə yeni, terrordan uzaq Fələstin hökuməti yaradılmalıdır

Xarici siyasət
  • 14 mart, 2025
  • 11:29
İsrailli siyasətçi: Yaxın Şərqdə yeni, terrordan uzaq Fələstin hökuməti yaradılmalıdır
Tzipi Livni

Yaxın Şərqdə yeni, terrordan uzaq Fələstin hökuməti yaradılmalıdır.

“Report” xəbər verir ki, bunu İsrailin sabiq xarici işlər naziri Tzipi Livni XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həm İsrail, həm də Fələstində kompromisə gedəcək kifayət qədər adam var:

"Fələstinliləri təmsil edən, onların legitim maraqlarını qoruyan hökumətin qurulması vacibdir. Biz yeni, terrordan uzaq Fələstin hökuməti yaratmalıyıq. Misir, BƏƏ kimi ölkələr də bu prosesə töhfə verməyə hazır olduqlarını ifadə ediblər. Azərbaycanın da prosesə töhfə verə biləcəyini düşünürəm”.