İsmayıl Serageldin: “Qlobal Forumun nəticələri göz qabağındadır”

Xarici siyasət
  • 08 mart, 2023
  • 09:07
İsmayıl Serageldin: “Qlobal Forumun nəticələri göz qabağındadır”
İsmail Serageldin

“Bu illər ərzində Azərbaycanda 10-cu dəfə keçiriləcək Qlobal Bakı Forumunun əldə etdiyi nəticələr göz qabağındadır”.

“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin martın 9-da işə başlayacaq X Qlobal Bakı Forumu ərəfəsində keçirilən mətbuat konfransında deyib.

“Əvvəlcə cəmi 49 üzvümüz var idisə, indi onların sayı 400-dən çoxdur... Son 10 ildə biz BMT, G20 və s. kimi beynəlxalq təşkilatlara öz təkliflərimizi göndərməklə çox şeyə nail olmuşuq”, - o bildirib.

Onun sözlərinə görə, bu platforma ən mühüm və həssas mövzular üzrə fikir mübadiləsi aparmaq üçün səmərəlidir: “Pandemiya zamanı aktiv fəaliyyət göstərmişik. Biz peyvəndlərin hər kəs üçün əlçatan olmasının vacibliyindən danışmışıq. Buna görə də vaksinasiyanın 90% olduğu Sinqapurun təcrübəsindən istifadə etmişik”.