İqnasio Kassis: İsveçrə və Azərbaycan əməkdaşlığı genişləndirmək üçün potensiala malikdir

Xarici siyasət
  • 04 avqust, 2026
  • 13:24
İqnasio Kassis: İsveçrə və Azərbaycan əməkdaşlığı genişləndirmək üçün potensiala malikdir

İsveçrə və Azərbaycanı çoxillik etimada əsaslanan münasibətlər bağlayır.

"Report" xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

İ.Kassis qeyd edib ki, danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə ediblər:

"Bu gün biz dinamik şəkildə inkişaf edən və çoxşaxəli münasibətlərimizin daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik. İqtisadi sahədə əməkdaşlığın maksimal dərəcədə sabit çərçivə mexanizmlərinə əsaslanırıq. Biz doğru istiqamətdə irəliləyirik və xüsusən də iqtisadi şaxələndirmə, innovasiyalar, logistika və infrastruktur kimi sahələrdə, eləcə də digər istiqamətlər üzrə ticarət və investisiya həcmlərinin artırılması üçün əhəmiyyətli potensial görürük"

O, həmçinin Bakıya səfərindən məmnunluğunu ifadə edib: "İsveçrə XİN rəhbəri və ATƏT sədri kimi burada olmaqdan çox şadam".

44 - Tezliklə