İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib

Xarici siyasət
  • 21 iyul, 2026
  • 16:02
İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.

"Report"un Berlinə ezam olunan müxbirinin məlumatına görə, dövlət başçısı bunu Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

"Cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə sizə bir daha minnətdarlığımı bildirmək, həmçinin Sizi sizin üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm", - dövlət başçısı qeyd edib.