İlham Əliyev: Əminəm ki, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək
- 16 noyabr, 2025
- 13:32
Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiyası Mərkəzi Şavkat Mirziyoyevin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir.
"Report"un Özbəkistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
O qeyd edib ki, bəzi ölkələrdə İslam dininə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır:
"İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək".