İƏT Əmək Mərkəzinə daha 10 ölkə qoşula bilər
- 23 noyabr, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinə daha 10 ölkə qoşula bilər.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in Baş katibinin müavini Ahmed Sengando ilə birgə mətbuat konfransı zamanı məlumat verib.
Onun sözlərinə görə, İƏT Əmək Mərkəzinin Nizamnaməsini 16 üzv ölkə imzalayıb: "Daha 10 ölkə mərkəzə qoşulmaq niyyətini bildirib. İƏT Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycana həvalə olunub, müavini isə Səudiyyə Ərəbistanı seçilib.
Nazir bildirib ki, İƏT-in tərkibində iqtisadi-sosial inkişafın müxtəlif mərhələlərində olan dövlətlər var: "İƏT-ə üzv dövlətlərdə böyük potensial var. Konfrans çərçivəsində Azərbaycanın uğurlu mexanizmləri təqdim edildi. İkitərəfli əlaqələr çərçivəsində və Əmək Mərkəzi çərçivəsində dost və tərəfdaş islam ölkələri ilə bölüşəcəyik. Nazirlər Sessiyasının qətnaməsi də qəbul edilib. Bu qətnamədə müxtəlif səpkilərdə məsələlər qeyd edilib. Həmin məsələlər üzrə birgə həll yolları axtaracağıq”.