İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır

Xarici siyasət
  • 05 noyabr, 2026
  • 13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi əmək mobilliyinin inkişafı və dövlət məşğulluq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt tətbiq edir.

"Report" xəbər verir ki, bunu İƏT Əmək Mərkəzinin baş direktoru Azər Bayramov Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbir çərçivəsində baş tutan panel sessiyasında bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət qurumları üçün geniş imkanlar açır, lakin onun tətbiqi əmək bazarının dəyişən şərtlərinə uyğunlaşma tələb edir.

Xəbər yenilənir

44 filmi