İdrissa Dia: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
- 19 may, 2026
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam İnkişaf Bankı (IDB) və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür.
"Report"un məlumatına görə, bunu IDB-nin Davamlılıq və İqlim Fəaliyyətləri Departamentinin direktoru vəzifəsini icra edən İdrissa Dia (Idrissa Dia) Bakıda WUF13 çərçivəsində "Dayanıqlı ərəb şəhərləri üçün təbiətə əsaslanan həllər: yerli fəaliyyətlərdən şəhər transformasiyasına" adlı tədbirdə bəyan edib.
Onun sözlərinə görə, İslam İnkişaf Bankı UN-Habitat ilə birlikdə ərəb regionunda şəhər və iqlim problemlərinin həllinə yönəlmiş praktiki və miqyaslandırıla bilən yanaşmaların irəli aparılmasına istiqamətlənmiş yeni birgə nəşr buraxır.
Dia qeyd edib ki, tərəfdaşlıq sürətlənən urbanizasiya, iqlim dəyişikliyi, su ehtiyatlarının çatışmazlığı və ekoloji deqradasiya fonunda həyata keçirilir ki, bu da kompleks həllər tələb edir.
"Bu çağırışlar yalnız infrastrukturun möhkəmləndirilməsinə deyil, həm də şəhərlərimizin asılı olduğu təbii ekosistemlərin bərpası və qorunması üçün inteqrasiya olunmuş həllər tələb edir", - o bəyan edib.
Bankın nümayəndəsi vurğulayıb ki, təbiətə əsslanan həllər şəhər mühitinin planlaşdırılmasına yanaşmaları yenidən nəzərdən keçirməyə imkan verən davamlı şəhər inkişafının effektiv alətidir.
"Ekosistemlərə investisiya qoymaqla biz xidmətlərin göstərilməsini yaxşılaşdıra, iqlim risklərini və nəticələrini azalda, həyat keyfiyyətini yüksəldə, məşğulluq və iqtisadi artım üçün yeni imkanlar yarada bilərik", - o əlavə edib.