İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib

Xarici siyasət
  • 25 noyabr, 2016
  • 09:56
İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri görülüb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.

44 - Tezliklə