İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb

Xarici siyasət
  • 13 noyabr, 2014
  • 12:18
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. "Report" İHAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları 1961-ci il təvəllüdlü Azər Səmədov və 1973-cü il təvəllüdlü İlqar İbrahimoğlu (Allahverdiyev) "İslam-ittihad" İctimai Birliyinin qanunsuz bağlanması şikayəti ilə məhkəməyə müraciət ediblər. 

İHAM İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 11-ci maddəsinin (yığıncaq və birliklərin azadlıqları haqqında) pozulduğunu qət edib və iddiaçılara 4000 avro mənəvi zərərə və 2000 avro xərclərə görə kompensasiyanın ödənilməsi haqqında qərar qəbul edib.

A.Səmədov və İ.İbrahimoğlu "İslam-ittihad" Birliyinin sədri və İdarə Heyətinin üzvü olublar. Birliyin fəaliyyəti ölkənin Ədliyyə Nazirliyinin müraciəti əsasında 2003-cü ildə rayon məhkəməsinin qərarı ilə dayandırılıb. O zaman məhkəmə müəyyən edib ki, Birlik qanunsuz dini fəaliyyətlə məşğul olub. Bununla əlaqədar Ədliyyə Nazirliyi onlara üç dəfə xəbərdarlıq edib.