Hikmət Hacıyev: “Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir”

Xarici siyasət
  • 06 iyul, 2023
  • 10:40
Hikmət Hacıyev: “Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir”
Hikmət Hacıyev

“Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir”.

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.

“Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində təşkil edilən “Müstəmləkəçilik fotolarda” adlı sərgi. Müstəmləkəçilik, o cümlədən neokolonializm bəşər tarixinin rüsvayçılıq səhifəsidir ", - paylaşımda deyilir.