Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib

Xarici siyasət
  • 03 mart, 2025
  • 12:28
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!", - paylaşımda bildirilib.

44 - Tezliklə